“Real”ın kapitanı Serxio Ramos antirekorda şərik çıxıb.
Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, o, La Liqa tarixində ən çox qırmızı vərəqə alan Pablo Alfaro və Xavi Aquadonun antirekordunu təkrarlayıb. 31 yaşlı müdafiəçi dünən ölkə çempionatının ilk turunda “Deportivo” ilə səfər matçında (3:0) növbəti qırmızı vərəqəsini alıb. Bununla da o, La Liqada 18-ci dəfə meydandan qovulub.
Qeyd edək ki, S. Ramos sözügedən görüşün 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə alıb. Pablo Alfaro və Xavi Aquado kar yeralarını artıq başa vurduqları üçüb Ramosun gələcəkdə yeni antirekord müəyyənləşdirməsi mümkündür.