Tam Günəş tutulması başladı – CANLI YAYIM

Milyorlarca insanın gözlədiyi tam Günəş tutulması ABŞ-da izlənməyə başlanıb.

 Astarainfo.az-ın  “qafqazinfo”ya istinadən xəbərinə görə, tarixi hadisə NASA tərəfindən canlı yayımlanır.

Günəş tutulmasını sadəcə ABŞ-ın şimalında – Oreqon, İdaho, Vyominq, Nebraska, Missuri, İllinoys, Tennessi, Şimali Karolina ştatlarında izləmək mümkündür. Növbəti belə hadisə 20 aprel 2060-cı ildə baş verəcək.