Sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Kopenhagen” – “Qarabağ” matçı keçiriləcək.

“İdman Azərbaycan” televiziyasından xeberle.com-a verilən məlumata görə, avqustun 23-də keçiriləcək görüş sözügedən kanalın efirində canlı yayımlanacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə aparılan müzakirələrdə oyunun Azərbaycan Televiziyasında canlı olaraq yayımlanmayacağı söylənilirdi.