Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə avqustun 25-də hər gün saat 09:00-dan 18:00-dək Dənizkənarı Milli Parkın ərazisində (“Saat qülləsi”nin yaxınlığında) və İçərişəhərdə yerləşən “Arts Council” incəsənət platformasında “Öz əsərini yarat” adlı tədbir keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiya xarakteri daşıyan tədbir Bakı şəhər sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün imkan yaradılması, həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədilə keçirilir.

Tədbirin yekununda aksiyada böyük maraq doğuran, münsiflər heyəti tərəfindən seçilən rəsmlərdən ibarət sərginin keçirilməsi nəzərdə tutulur.

Aksiyaya avqustun 25-də saat 16:00-da “Saat qülləsi”nin yaxınlığında start veriləcə