Şimali Koreya Cənubi Koreyavə ABŞ-ın 50 min əsgərlə birgə həyata keçirdikləri təlimlərə sərtreaksiya verib.

Təlimlərdə Böyük Britaniya, Avstraliya, Kanada və Hollandiya hərbçiləri də yer alıblar.

Rəsmi Pxenyan irimiqyaslı təlimlərdə yer alan ölkələri Şimali Koreyanı devirmək üçün gizli bir əməliyyat planlaşdırmaqda günahlandırıb.

Şimali Koreya ABŞ-ı müharibə ocağını qızışdırmaqda ittiham edərək bu təlimlərin böyük müharibəyə çevriləbiləcəyi xəbərdarlığını edib./milli.az

   xezerxeber.az