Avqustun 21-də tam Günəş tutulması baş verib.
Astarainfo.az-ın APA-ya istinadən xəbərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olub.
Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edib.
Bakı vaxtı ilə saat 19:47-də başlayan proses saat 22:26-da maksimumda olub. Günəş tutulması saat 01:04-də sona çatıb.
Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayıb. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biliblər.
İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edən Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izlənilib.
Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.
21.08.2017 22:01
ABŞ ərazisində “tam Günəş tutulması” başlayıb.
Oxu.Az-ın xəbərinə görə, təbiət hadisəsini ilk olaraq Oreqon ştatının sakinləri qarşılayacaqlar.
Son 99 ildə ilk dəfə bu hadisə ABŞ-ın materik hissəsini də əhatə edəcək.
Ümumilikdə 14 ştatın sakinləri bu hadisəni görə biləcəklər.
Növbəti belə hadisə 20 aprel 2060-cı ildə baş verəcək.