Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

Manisanın Şahzadələr kəndində üzüm bağına ildırım düşüb.

Trend-in məlumatına görə, nəticədə bağda işləyən 6 nəfəri ildırım vurub.

Yaralılar xəstəxanaya çatdırılıb, onların yanıq xəsarətləri aldıqları, həyati təhlükələrinin olmadıqları bildirilib.