AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Naqasaki prefekturasının sahillərində barjanın batması nəticəsində iki nəfər itkin düşüb.
“Aoi-maru” adlı 100 ton su tutumlu barja Kyuşu və Hirado adalarını birləşdirən Hirado körpüsündən dörd kilometr məsafədə batıb. Heyət üzvlərindən dördü yaxınlıqdakı gəmi tərəfindən xilas edilib. Onlardan birinin sözlərinə görə, barjanın göyərtəsində daha beş nəfər olub.
Yaponiya Dənizdə Təhlükəsizlik Xidməti hazırda axtarışları davam etdirir və qəzanın baş vermə səbəblərini araşdırır.