Astarainfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, əlbayaxa döyüş üzrə yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu, irlandiyalı Konon MakQreqor avqustun 26-da amerikalı boksçu, peşəkar boks rinqində indiyədək keçirdiyi 49 döyüşdən heç birində uduzmamış Floyd Meyvezerlə qarşılaşacaq.

Qarşılaşma ABŞ-ın Las-Veqas şəhərindəki “T-Mobile Arena”da olacaq.

Döyüşün 5 milyon pullu translasiyası artıq satılıb və bu satışdan 475 milyon dollar əldə olunub.

Qarşılaşmanın qalibi 100 milyon ABŞ dolları alacaq.

Eksperlərin fikrincə, bu döyüş idman qarşılaşması yox, şoudur. “Money” ləqəbli Meyvezer döyüşün təşəbbüskarı kimi təxminən 1,2 milyard dollar xalis gəlir əldə edəcək.

Konor MakQreqor isə bir döyüşə görə 1 milyon dollar qazanmış ilk MMA döyüşçüsüdür. Həmin döyüş Neyt Diasla qarşılaşma idi.

Daha sonra isə o, Eddi Alvaresə qalib gəlməklə UFC tarixində eyni vaxtda iki çəki dərəcəsində çempion olmaqla yanaşı, 3 milyon dollar qazandı.

Ötən il Konorun gəlirləri 40 milyon dollar olub.

Bu səbəbdən də Meyvezerlə MakQreqoru “havadan da pul qazanan adamlar” kimi tanıyırlar.

Döyüşün keçiriləcəyi “T-Mobile” arenasında biletlərin orta qiyməti 3600 dollardır. Stadionun tutumu 19.500 nəfərdir.

Qarşılaşmanı Birləşmiş Ştatların tanınmış şəxsləri də izləyəcəklər. ABŞ prezidenti Donald Trampa da dəvət göndərilib.

Eyni zamanda, döyüşün internet translyasiyası hüquqlarının satışından artıq 475 milyon dollar əldə olunub. Bir translyasiyanın qiyməti 100 dollardır.

Floyd Meyvezer tumanında “Hublot” və “FanDuel”in loqotiplərinin yerləşdirilməsi üçün bu şirkətlərin hərəsindən 1 milyon dollar, “Burger King”dən isə 1,5 milyon dollar alıb.

Ümumilikdə isə Meyvezer tumanındakı reklamlara görə 21,1 milyon dollar alıb.

Bukmekerlərə gəldikdə isə, onların favoriti Meyvezerdir. Amerikalı boksçunun lehinə stavkalar 25:1 səviyyəsindədir.

© xezerxeber.az