Astarainfo.az xəbər verir ki, 23 avqust tarixində  Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində kiçik yaşlı uşaqlarda vətənpərvərlik tərbiyəsinin formalaşdırılması ,“Ölkəm, onun paytaxtı, simvollar” mövzusunda sual cavab gecəsi keçirilib.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin və keçirilən tədbirin başlıca məqsədi uşaqların tairixmizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan vətənpərvər layiqli vətəndaş kimi yetişdirilməsidir.
Uşaq şöbəsinin əməkdaşlarından İ.Nəsirova və A.Əhmədova uşaqlara Vətənimiz, onun paytaxtı və atributlarımız haqqında məlumat vermişlər. Bildirilmişdir ki, Azərbaycançılıq ideyasının erkən yaş dövründən uşaqlar arasında təbliği olduqca vacibdir. Azərbaycan dövlətini, onun vahid ideologiyasını mərhələli formada uşaqlara təlqin etmək vacibdir. Uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasında kitabxanaların da rolu böyükdür.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Sonra uşaqlara Dövlət atributlarımızla bağlı sorğu anketləri paylandı. Sorğu anketlərinə əsasən qalib gəlmiş uşaqlara hədiyyələr verildi.