Bu gündən etibarən Türkiyə 24-cü dəfə Beynəlxalq Aspendos Opera və Balet Festivalına ev sahibliyi edəcək.

Anadolu agentliyinin məlumatına görə, sentyabrın 4-dək davam edəcək festival paytaxt Ankarada gerçəkləşəcək. Bu dəfə festival Cüzeppe Verdinin “Aida” operası ilə açılacaq.

Qeyd edək ki, 1994-cü ildən başlayaraq keçirilən festival 2015-ci ildə dünyanın ilk və yeganə mükafatı – “Keyfiyyətli idarəetmə sənədi” adlı mükafata sahib olub.