Çempionlar Liqasında rekord

Çempionlar Liqasında yeni rekord qeydə alınıb.

Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, pley-off mərhələsində “Astana”(Qazaxıstan) və “Seltik” (Şotlandiya) arasında keçirilən matçlar məhsuldarlığı ilə turnirin tarixinə düşüb.

İndiyədək pley-off-un heç bir cütündə 12 qol vurulmamışdı.

Qeyd edək ki, Qazaxıstanda 3:4 hesabı ilə uduzan “Seltik” Şotlandiyadakı 5 cavabsız qol sayəsində mərhələni keçib.