2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 1-dən 22-dək keçirilən birinci mərhələdə 8 min 651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub. İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər avqustun 23-dən 27-dək (şənbə və bazar günləri daxil olmaqla) təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3×4 santimetr ölçüsündə dörd ədəd fotoşəkli, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisələrinə təqdim etməlidirlər.