Rusiya və Türkiyə şirkətləri İzmirdəki beynəlxalq sərgidə 820 milyon dollar dəyərində kontraktlar razılaşdırıblar.
Trend-in məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Rusiyanın sənaye və ticarət nazirinin müavini Georqi Kalamanov deyib.
Qeyd edək ki, sərgi avqustun 18-dən 22-dək davam edib. Rusiya sərgidə tərəfdaş ölkə qismində iştirak edib.