Azərbaycan Pekində 15-ci beynəlxalq kitab festivalında təmsil olunur

Çinin paytaxtı Pekində 15-ci be

ynəlxalq kitab festivalı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 89 ölkədən 2500 iştirakçının təmsil olunduğu festivalın kitab sərgisində ölkəmizin Pekindəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan guşəsində 1000-dən çox kitab və jurnal nümayiş olunur. Azərbaycan guşəsindəki kitablar arasında ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən nəşrlər üstünlük təşkil edir. Bundan başqa, ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, turizm potensialına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinə dair kitab, jurnal və broşürlər nümayiş olunmaqla yanaşı, sərgi ziyarətçilərinə paylanılır. Sərgidə ölkəmiz haqqında Çin, rus və ingilis dillərində ensiklopedik xarakterli nəşrlər də nümayiş olunur.

Çinli və xarici ziyarətçilər Azərbaycan guşəsinə böyük maraq göstərirlər.

Festival 5 gün davam edəcək.

 

AZƏRTAC