Beynəlxalq Mətbuat Mərkəzində tullantıların idarə edilməsi problemləri müzakirə olunur

Avqustun 24-də Beynəlxalq Mətbuat Mərkəzində şəhərimizdə tullantıların utilizasiyasının vəziyyəti və təmizlik qaydalarına riayət etməyənlərə qarşı görülən tədbirlər barədə mətbuat konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Təmiz şəhər” ASC-nin şöbə müdiri Sabit Zeyniyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 avqust 2008-ci il tarixində “Bakı şəhərində məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Martın 12-si 2009-cu ildə isə bu Sərəncama uyğun olaraq yaradılan “Təmiz şəhər” ASC fəaliyyətə başlayıb.

S.Zeyniyev qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Təmiz şəhər” ASC ilə birlikdə ötən dövr ərzində həyata keçirdiyi tədbirlər nəticəsində, paytaxtda kortəbii şəkildə yaranmış onlarla zibilxanalar ləğv edilib, Bakı və rayonlarının ekoloji durumu xeyli yaxşılaşıb.