Millimizin oyununun vaxtı dəyişdirildi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 31-də keçiriləcək İsrail – Azərbaycan oyununun başlama saatı dəyişdirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İsrail Futbol Federasiyasının teleyayımla əlaqədar müraciətinə əsasən bu qərar verilib. Qarşılaşma, əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 20:00-da deyil, 20:30-da başlayacaq.