Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayon sakinlərini qəbul edəcək.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul sabah saat 13:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında keçiriləcək.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.