“Biz qrup mərhələsini arzu edirdik. Çox çətin oyun oldu”.

Astarainfo.az Qol.az-a istinadən məlumat verir ki, bu sözləri “Qarbağ”ın hücumçusu Dino Ndlovu söyləyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen” mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun komandası bu gün səhər saatlarına ölkəmizə qayıdıb.

Hava limanında açıqlama verən Dino Ndlovu bildirib: “Azarkeşlər bizə inanırdı. Mənim üçün tarixi oyunda qol vurmaq böyük xoşbəxtlik oldu. Güclü komandalar qarşılaşmaq xoş olacaq”.

Ndlovu “Qrup mərhələsində hansı rəqiblə qarşılaşmaq istəyərsiniz” sualına belə cavab verib: “Komandaların fərqi yoxdur. Hamısı güclüdür. Qrup mərhələsində əlimizdən gələni edəcəyik. Rəqiblər müəyyənləşmədiyi üçün şanslar barədə danışa bilmərəm. İndi fikrimizi ölkə çempionatına da cəmləməliyik. Mən “Qəbələ” ilə oyuna hazırlaşacam”.