Bakıda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VI qurultayı keçirilir

Avqustun 25-də Bakıda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VI qurultayı işə başlayıb.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə ötən ilin yekunlarına əsasən, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının 1576 ilk həmkarlar ittifaqi təşkilatını əhatə etməklə 79 min 503 nəfər həmkarlar ittifaqı üzvünü birləşdirdiyi bildirilib. Qeyd edilib ki, ötən illə müqayisədə bir sıra üzv təşkilatların ləğvi, digərlərinin daha çoxsaylı təşkilatların tabeliyinə keçməsi ilə ilk həmkarlar ittifaqı təşkilatlarının sayı 3,7 faiz azalıb, göstərilən səylər nəticəsində isə üzvlərin sayı 1,4 faiz artıb.

Qeyd olunub ki, bu sahədə işləyənlərin 37,8 faizini qadınlar, 21,4 faizini gənclər təşkil edir. 2016-cı ildə komitəyə 13 min 777 ərizə və şikayət daxil olub ki, onlardan 98,8 faizi öz müsbət həllini tapıb.