Bir günə quraşdırılan evlər

Böyük Britaniyanın “Bark” və “Lowe Guardians” arxitektura studiyaları kiçik büdcəli evlərin tikintisini həyata keçirirlər.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, belə evlər cəmisi 1 günə quraşdırılır. Hər bir ev ayrıca bir moduldur və zavod şəraitində inşa edilir.

Mütəxəssislərin fikrincə, kiçik büdcəyə malik evlər tələbələr üçün müvəqqəti yaşayış məskəni və gənc ailələr üçün nəzərdə tutulub. Digər üstünlüyü də odur ki, bu evləri şəhərin istənilən yerində quraşdırmaq mümkündür.