Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

“Report” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Həftənin açılış matçında “İnter” evdə ” Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Neftçi” isə paytaxtda “Kəpəz”lə bərabərə qalıb – 0:0.

Qeyd edək ki, III tura avqustun 25-də keçiriləcək “Zirə” – “Sumqayıt” və “Qarabağ” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

III tur

25 avqust (cümə)

“İnter” – “Səbail” – 1:0

Qol: Nizami Hacıyev, 4

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Fazil Mürşüdov

“İnter Arena”

“Neftçi” – “Kəpəz” 0:0

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Mehman Mahmudov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Kərim Ağayev

“Bakcell Arena”