Naxçıvan Muxtar Respublikasına daxili işlər naziri təyin edilib.
Astarainfo.az “Report-a istinadən xəbər verir ki, bununla bağlı fərmanı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.
Fərmana əsasən Fazil Nəriman oğlu Ələkbərov muxtar respublikanın daxili işlər naziri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Fazil Ələkbərov buna qədər Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışıb. Ali Məclis sədrinin digər fərmanı ilə o, bu vəzifədən azad edilib.