Qurban Qurbanov püşkü dəyərləndirdi

“Hər üç rəqibimiz “TOP-5” ölkələrinin təmsilçisidir. Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komandayla bizi maraqlı qarşılaşmalar gözləyir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.

O, Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərlənidirb: “Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridir. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Xatırladaq ki, “Qarabağ” qrupda “Çesli”, “Atletiko” və “Roma” ilə mübarizə aparacaq.