Parol və hər cür pin kodlar, barmaq izlərinin skaneri, kredit kartları, hətta mənzil və ya avtomobillərin açarları sifətin tanınması texnologiyasının tətbiqi ilə keçmişin bir hissəsinə çevriləcək.
AZƏRTAC “planet-today.ru” saytına istinadən xəbər verir ki, hazırda sifətin tanınması sistemləri böyük əhəmiyyət kəsb etmir, ancaq yaxın gələcəkdə vəziyyət dəyişəcək. Öz sahibini onun sifətinə görə tez və səhvsiz identifikasiya edən smartfonlar bazara çıxarılan kimi, bəşəriyyət belə texnologiyaya maraq göstərəcək.
Tezliklə sifətin skan edilməsinə əsaslanan audentifikasiya sisteminə malik smartfonlar təqdim olunacaq.
Mobil çiplərin istehsalı üzrə dünya liderlərindən biri olan “Qualcomm” şirkəti bu yaxınlarda “Spectra” texnologiyasını – obyektlərin (həmçinin insan sifəti) skan edilməsi sistemini təqdim edib.
Ona görə düşünmək olar ki, tezliklə sifətin skan edilməsini dəstəkləyən “Android” sistemi ilə işləyən smartfonlar satışa çıxarılacaq.