“Barselona”nın futbolçusu Luis Suares zədəsini vaxtından tez sağaldıb.
Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu komanda ilə ümumi məşqlərə başlayıb.
Qeyd edək ki, L.Suares İspaniya superkubokunda avqustun 17-si keçirilən “Real”la cavab matçında zədələnmişdi. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.