Türkiyədə 13 film arasında rejissor Can Ulkayın ekranlaşdırdığı “Ayla” filmi Oskar Mükafatına namizəd seçilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, baş rolda Çetin Tekindor, İsmayıl Hacıoğlu və Li Kunq Jinin yer aldığı filmdə Koreya savaşında yaşanan dramatik bir hekayədən bəhs edilir.