Azərbaycan güləşçisi Aslanbek Alborov dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan idmançısı Aslanbek Alborov Paris şəhərində keçirilən güləş üzrə dünya çempionatının sonuncu günündə bürünc medal qazanıb.

Astarainfo.az AZƏRTAC-a istinadla  xəbər verir ki, avqustun 26-da 65, 70, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Doxsan yeddi kiloqram çəkidə mübarizə aparan Azərbaycan idmançısı Aslanbek Alborov bürünc medal uğrunda qarşılaşmada Qazaxıstan idmançısı Mamed İbraqimova 3:2 hesabı ilə qalib gələrək yarışda üçüncü pillədə qərarlaşıb.

Digər təmsilçilərimizdən Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq) və Cəbrayıl Həsənov (74 kq) rəqiblərinə məğlub olaraq mübarizəni dayandırıblar.