Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Etik norma və ictimai davranış qaydalarının təbliğinə dəstək” layihəsinin yekununa həsr olunmuş tədbir keçirib.
İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Bakıda ba
ş tutan tədbirdə ictimai davranış qaydalarının təbliğinə dair hazırlanmış video çarxlara baxış keçirilib və layihə barədə umumi müzakirə aparılıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin rəhbəri Ayaz Mirzəyev tədbir iştirakçılarına layihə barədə ümumi məlumat verərək bildirib ki, video çarxlar ölkədə hal-hazırda aktual olan 4 müxtəlif mövzuya həsr olunub. “Sürücü Məsuliyyəti”, “Piyada məsuliyyəti”, “Kriminal xəbərlərin insan psixologiyasına təsiri”, “Jurnalistikada reketçilik” mövzularda olan video çarxlar sosial media və internet mediasında asan paylaşıla bilən formatda hazırlanıb və ölkənin ən çox oxucu kütləsi olan internet media qurumlarının saytlarında, eləcə də həmin saytların facebook səhiflərində paylaşılması nəzərdə tutulub.
Üç ay ərzində icra olunmuş layihənin əsas məqsədi multimedia imkanlarından geniş istifadə edərək jurnalistikamızın peşəkarlığının artırılması, eləcə də cəmiyyətimiz üçün ictimai aktuallıq kəsb edən bir sıra məsələlərin qabardılması və bu yöndə ictimai davranış qaydalarının təbliğinə dəstək olmaq üçün video çarxları hazırlamaqdır.
Layihə barədə daha ətraflı məlumat almaq üçün www.ajn.az saytını ziyarət edə bilərsiniz.