Deputata çox ağır itki

Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun qardaşı Əbdülhüseyn Mahmudov bu gün dünyasını dəyişib.

Astarainfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, mərhum uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Ə. Mahmudov sabah Bakıda dəfn ediləcək.

Hüzür mərasimi isə birinci gün Heydər məscidində olacaq.

Allah rəhmət eləsin!