Duzlu suyla işləyən elastik batareya

Çinli araşdırmaçılar, duzlu suyla işləyən elastik bir batareya hazırlamağı bacardı.

Geyilə bilən cihazlar və ya tibbi cihazlar üçün batareya hazırlayarkən, batareyanın sahib olması lazım olan bəzi əhəmiyyətli xüsusiyyətlər var. Əvvəlcə, batareyalar elastik olmalı, büküldüyündə və ya qıvrıldığında hələ də işlək halda olmalı və ideal olaraq, zərərli kimyəvi maddələr saxlamamalıdır.

Bu günə qədər bu istifadələr üçün hazırlanan batareyalar, ən son bəhs etdiyimiz xüsusiyyətə sahib ola bilmədilər, bunun yerinə əlavə bir maddə ilə kimyəvilərin sızıb insan dərisinə təmas etməsinə maneə törədildi. Amma bu onları qalınlaşdırdığı üçün görünüşləri baxımından bir mənfi oldu. İndi isə, Çindəki bir araşdırma qrupu yeni bir tip elastik batareya inkişaf etdirdi və bu batareyalar o zərərli kimyəvi maddələri tələb etmir.

Araşdırma qrupu, toksik və ya həll edici elektrolitlər yerinə natrium sulfat kimi natrium-əsaslı kimyəviləri (bir növ duzlu su) istifadə etdi. Bu maddələrin də insan dərisinə təması çox istənən bir şey deyil, amma olar da bir şəkildə sızsalar belə, digər batareyalardakı kimyəvilər qədər təhlükəli bir vəziyyət ortaya çıxarmırlar.

Araşdırmaçılar, bu batareyaların natrium-əsaslı mayelərlə işləməsinin irəlidə tər kimi bədən mayelərindən enerji alan texnologiyaların inkişaf etdirilməsinə yol aça biləcəyini düşünür.