Avqustun 27-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə (Xızı, Siyəzən, Şabran, Xaçmaz RDYMH-lərinin, Sumqayıt DYMİ-nin, Bakı Qarnizonunun), Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları hadisə yerinə cəlb edilib.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-nin yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.