Bir neçə həftədir ki, Astara rayonunun çəltik sahələrində biçin kompaniyasına başlanılıb.
Astarainfo.az xəbər verir ki, heç bir suvarma problemi olmadığından, bu il havaların əlverişli keçməsi və əkilən bitkilərə aqrotexniki qulluq göstərilməsi çəltikçiliklə məşğul olan fermerlərin məhsulu sahələrdən vaxtında və itkisiz yığmasına şərait yaradır. Bu həmçinin məhsuldarlığın artmasına da səbəb olur.
Ötən il rayonda hər hektardan 42-45 sentiner məhsul götürülmüşdür.  Ötən ilkinə nisbətən əkin sahələri artığından  ümumi məhsulun həcmi də 3 dəfə artmışdır. Məhsuldarlıq  ayrı-ayrı əkinçilərin sahələrində yaxşı aqrotexniki qulluq olunuğu üçün  60-70 sentnerə qalxmışdır.
Fermer Tələt Məmmədov bildirib ki, bu il Şiyəkəranda 33 hektar ərazidə ən çox “haşimi” növü  olmaqla italyan appolla növü çəltik əkilib və hal-hazıra 7 hektar ərazidə biçin aparılıb. Bu il “haşimi” sortu 40 sentinerdən, italyan “apolla” növü 60-70 sentinerdən aşağı olmayan məhsuldarlıqla müşahidə olunub.
Müştəri sarıdan korluq çəkmədiklərini deyən T.Məmmədov yerli düyünün bazardakı qiymətinin də  məhsul istehsalçılarını qane etdiyini diqqətə çatdırıb. O bildirib ki, 25 avqustdan Şiyəkəran ərazisində başlayan biçinə yeni kombaynlar cəlb olunub. İtalyadan gətirilən yeni Laverda kombaynların özəllikləri ondan ibarətdir ki,  yalnız çəltik biçini üçün nəzərdə tutulmuş, heç bir itki olmadan məhsul yığımını həyata keçirir.
Onun sözlərinə görə, ötən il Astarada 133 hektar sahədə çəltik əkilmişdirsə, bu il 450 hektar sahədə əkin keçirilib. T.Məmmədov bildirib ki, hal-hazırda 450 hektar sahədə 331,75 hektar çəltik biçilib və hər hektardan məhsuldarlıq 40 sentner olmaqla 1358,35 ton məhsul istehsal edilib. Məhsul yığımı davam etdirilir. Cari mövsümdə ötən ildəkindən xeyli çox məhsul istehsal ediləcəyi gözlənilir.
Hava şəraiti yaxşı davam edərsə, rayonda çəltik biçini avqustun sonunadək yekunlaşacaq.