Bakıda “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı nəşr edilib

Bakıda “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı nəşr edilib.

APA-nın məlumatına görə, yeni nəşr Azərbaycan Atatürk Mərkəzinin dəstəyi ilə işıq üzü görüb.

Zülfiyyə Mehdiyevanın müəllifi olduğu, “Elm və Təhsil” nəşriyyatında çapdan çıxan kitabda Mustafa Kamal Atatürkün inqilabları, yazdığı əsərlər, geyim tərzi, çıxışları, məşhur sözləri, müharibələri, çıxardığı qəzetlər, dostları, ailəsi və s. haqqında geniş məlumatlar dərc olunub.

Əsərdə böyük Atatürkün zəfərə gedən yolda uğur və müvəffəqiyyət sirlərindən bəhs edilir.

Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.