Burkina Fasonun mərkəzi bölgəsində qızıl mədənində torpaq sürüşməsi baş verib.
Astarainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
İlkin məlumata əsasən, faciəyə bir neçə gün davam edən aramsız yağışlar səbəb olub.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...