İki zərbəsindən biri qol olub – Messini keçdi

“Real”ın futbolçusu Marko Asensio İspaniya La Liqasının üçüncü turunda “Valensiya”ya qarşı matçda (2:2) dubla imza atıb.

21 yaşlı oyunçu bu mövsüm vurduğu 6 zərbənin 3-nü qola çevirib. Bu isə 50 faizlik nəticə deməkdir.

“Barselona”nın hücumçusu Lionel Messi isə 3 qolu 30 zərbədən sonra vurub (10 faizlik nəticə).