Tacikistanın cənub-şərqində yol qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər həlak olub.
AZƏRTAC Ria Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə Roştkala-Xoroq istiqamətində hərəkət edən mikroavtobusun Şoxdar çayına aşması nəticəsində baş verib.
İlkin məlumata görə, qəza içərisində 13 sərnişinin olduğu mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Digər üç sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb