Yaponiyanın Sidzuoka şəhərində liman ərazisində dünyada ən təhlükəli həşəratlardan hesab olunan qırmızı qarışqalar aşkar edilib.
Astarainfo.az-ın Trend-ə istinadən məlumat verir ki, konteynerlərin birində 100-dən çıx qarışqa olub. Onlar dərhal zərərsizləşdirilib.
Qarışqaların konteynerə necə düşdüyü və limana haradan və nə vaxt gəldiyi məlum deyil.