“Çelsi” futbolçusu Eden Azarın qardaşı Kilian Azarı transfer edib.
Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Macarıstanın “Uypeşta” klubunun yarımmüdafiəçisi London təmsilçisinin U-23 komandasında çıxış edəcək.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm “Uypeşta”da 42 oyunda 4 qol vurub.