Sentyabr ayında İngiltərənin ən uzun körpüsü istifadəyə veriləcək. Böyük Britaniya Kraliçası II Yelizavetanın yeni körpünün açılış mərasimində iştirakı gözlənilir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, inşası altı il davam edən körpünün uzunluğu 2,7 kilometrdir.
Tikintisində 15 min nəfərin çalışdığı körpünün istənilən hava şəraitinə davamlı olduğu bildirilir.