Londonda yaşayan 12 yaşlı Hindistan mənşəli Rahul “Dahi uşaq-2017” müsabiqəsinin qalibi olub.
Enter.News- “The Mirror” nəşrinə istinadən xəbər verir ki, finalda Rahul ingiltərəli Ronana 10:4 hesabı ilə qalib gəlib.
“Biz uğurlara alışmış ailəyik. İmtahanların və yarışların öhdəsindən müvəffəqiyyətlə gəlirik”, – bunu jurnalistlərə uşağın atası Mineş deyib.
Qeyd edək ki, hesablamalara görə, 12 yaşlı Rahulun İQ səviyyəsi məşhur fizik Albert Eynşteynin müvafiq göstəricisindən yüksəkdir.