“Mədəniyyət dalğası” İctimai Birliyi 31avqust – 1 sentyabr tarixlərində “İslam mədəniyyəti günləri” adlı ilk tədbirini keçirəcək.

Astarainfo.az A24.az-ə istinadən xəbər verir ki, xalq artisti Nisə Qasımova “Mədəniyyət dalğası” İctimai Birliyinin sədri kimi fəaliyyətinə start verəcək. Sənətkar saytımıza açıqlamasında bildirib ki, bundan sonra səhnə fəaliyyəti ilə yanaşı, ictimai-sosial işlərlə də məşğul olacaq.