ABŞ-ın “Sierra Nevada” şirkəti yeni kosmik yük gəmisi “Dream Chaser”i sınaqdan keçirib.

Astarainfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.
Sınaq uçuşu zamanı gəmi havaya helikopter vasitəsi ilə qaldırılıb, sonra isə yük gəmisi sərbəst eniş edib. Sınaqlar Kaliforniyada ABŞ HHQ-nin Evards aviabazasında keçirilib.
“Dream Chaser”in növbəti sınaq uçuşu 2017-ci ilin oktyabr ayına planlaşdırılıb. Yük gəmisinin 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.