“Fox News” telekanalı Böyük Britaniyadakı fəaliyyətini dayandıracaq.

 Astarainfo.az-ın  Report-a istinadən xəbər verir ki, bu barədə “21st Century Fox” məlumat yayıb.

“Fox” rəhbərliyi Böyük Britaniyada “Fox News Channel”ın yayımını dayandırmağa qərar verib”, – deyə şirkətin nümayəndəsi bildirib. O vurğulayıb ki, “Fox News” ABŞ bazarına hesablanıb və ABŞ auditoriyası üçün verilişlər hazırlayır.

“Kanalın Böyük Britaniyada orta hesabla gündə cəmi bir neçə min tamaşaçısı var. Biz qərara gəldik ki, Böyük Britaniyada “Fox News”un yayımını davam etdirmək bizim kommersiya maraqlarımız dairəsində deyil”, – deyə nümayəndə bildirib.

BBC-yə yaxın mənbənin məlumatına görə, “21st Century Fox”un bu qərarı korporasiya tərəfindən Britaniya “Sky News”unun alınmasına dair razılaşma ilə bağlı deyil.