Astarada Qurban bayramı qeyd edilib

Astarada Qurban bayramı qeyd olunub.

Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri olduğu, bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanların kəsildiyi, dövlətimizin daha da firavan yaşaması və tərəqqisi üçün dualar edildiyi, şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olunduğu, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsinin nümayiş etrildiyi bir gündür.

Astarainfo.az xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı günü münasibətilə  Astarada 1300  imkansız, şəhid və sosial müdafiəyə daha çox ehtiyacı olan ailələrə  bayram payları verilib.

Bayram payı alan Astara sakinləri isə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkür ediblər.