Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Berlin şəhərində Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.