Bakı-Quba magistral avtomobil yolunda qəza baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84–cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:30-da başa çatıb.