BMT TŞ Myanmada müsəlmanların kütləvi qətli ilə bağlı təclili iclas keçirəcəkmi?

Britaniya Myanmanın Arakan vilayətindəki vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırıb.

Astarainfo.az-ın Trend-ə istinadən  məlumatına görə, Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft bildirib ki, Arakanda uzun müddətdir davam edən problemi həll etmək lazımdır.

Təcili iclasın bu gün keçiriləcəyi gözlənilsə də, BMT TŞ bu barədə hələ rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, Arakanda hərbçilərin “təhlükəsizlik əməliyyatı” zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.