İspaniyanın Valensiya şəhərində Bunol bölgəsində 72-ci pomidor festivalı keçirilib.

Publika.az xəbər verir ki, “La Tomatina”ya qatılan 22 min adam 160 ton pomidoru bir-birinə atıb.

Qeyd edək ki, pomidor festivalı 1945-ci ildən bəri hər il avqustun son çərşənbə günü keçirilir.

Festivalda 740 asayiş keşikçisi təhükəsizliyi qoruyub.