“Galatasaray”dan daha 1 transfer

“Galatasaray” transfer fəaliyyətini davam etdirir.

İstanbul klubu “Manchester City”nin müdafiəçisi Ceyson Denayeri heyətinə cəlb edib. 22 yaşlı futbolçu “aslanlar”da 1 illik icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, 22 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Sunderland”də keçirib. Denayer 2015/16 mövsümündə də “Galatasaray”da icarədə oynayıb